Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubunun Bakıya gələcək heyəti açıqlanıb.
Unikal.org-un klubun rəsmi saytına istinadən məlumatına görə, İstanbul təmsilçisinin heyətində 20 futbolçu yer alıb.
Bunlar Şener Özbayraklı, Omar Elabdellaui, Taylan Antalyalı, Rayan Babel, Radamel Falkao, Yunes Belhanda, Martin Linnes, Rayan Donk, Ömər Bayram, Cimmi Durmaz, Kristian Luyindama, Okan Koçuk, Marselo Sarakki, Markao Teyşeyra, Əmrə Kılınç, Arda Turan, Yesse Sekidika, Sofian Fequli, Mbaye Dian və Fatih Öztürkdür.
Baş məşqçi Fatih Terim “23-lük”dən yarımmüdafiəçi Oqenekaro Etebo, həmçinin hücumçular Yunus Akgün və Ali Yavuz Kolu çıxarıb. Komanda bu gün Bakı vaxtı ilə saat 12:00-da yola düşəcək.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.