Türkiyəli müğənni, aparıcı Seren Serengil həyat yoldaşı Yaşar İpəkdən ayrılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2 il ailəli olan cütlük qarşılıqlı razılıq yolu ilə boşanıb.
Qeyd edək ki, Seren və Yaşar nikahlarının ilk aylarında boşanmağa qərar vermişdi. Buna səbəb isə aparıcının hamilə qalması üçün mitoxondri (hüceyrələr üçün güc istehsalı) nəqli etdirmək istəyi olmuşdu.