Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya vә rabitә sahәsindә fәaliyyәt göstәrәn müәssisәlәr ötən ilin eyni dövrü ilә müqayisәdә 1,1% çox - 1 413,0 milyon manatlıq xidmət göstәrib.
Bu barədə Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilir ki, bunun 72,3%-ni әhali istehlak edib.
8 aylıq gәlirin 42,1%-i vә yaxud 595 milyon manatı mobil telefon rabitәsi sahәsindә formalaşıb.