Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edən vəkillər Yunanıstanın “Demokratiya” qəzetini keçən həftə Türkiyə liderinin ünvanına təhqiramiz başlıq ilə çıxan məqaləyə görə məhkəməyə veriblər.

Unikal.org xəbər verir ki, bu barədə “Yeni Safak” yazır.

“Qəzetdə prezidentimizə qarşı istifadə edilən ifadələr aşağı mənəviyyatın ən iyrənc formasını nümayiş etdirir. Yunan cəmiyyətinin susmağına baxsanız, mənəviyyatın bu cür düşməyinin onun marginal hüdudlarını aşdığı aydın olur”, - deyə məhkəmədə verilmiş iddia ərizəsində deyilir..

Orada, həmçinin qeyd edilir ki, “təhqir başqa sözlər tapa bilməyənlərin dilidir və ünvanlandığı şəxs üçün deyil, onu deyən üçün rüsvayçılıqdır”.

Yunanistanın "Demokratiya" qəzeti sentyabrın 18-də çıxan nömrəsinin birinci səhifəsində Ərdoğana böyük hərflərlə türk dilində ədəbsiz müraciət ünvanlanmışdı. Türk dilini bilməyən oxucular üçün redaktorlar, ingilis dilinə tərcümə də vermişdilər.