ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 1,10 % azalaraq 1 barelə görə 41,31 dollar təşkil edib.
Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,45% azalaraq 39,35 dollar təşkil edib.