Suraxanı rayonunda nənəsini və bibisini amansızlıqla qətlə yetirən şəxs barədə məhkəmə qərar verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Mustafayev Samir Aydın oğlu barədə Suraxanı Rayon Məhkəməsinin hakimi Leyla Talıbovanın sədrliyi ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Hadisə sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Azər İsrafilov