“Heç də bütün dünya problemləri Amerika tərəfindən həll edilməməlidir və Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpası buna nümunədir. Prezident Donald Tramp: “Görək, bunu dayandıra biləcəyikmi” demişdi. Böyük ehtimalla, onun zərəri xeyrindən çox olacaq”.

Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

“Erməni-amerika icması Trampın müdaxiləsini alqışlayacaq. Lakin ABŞ-ın həyati əhəmiyyətli maraqları Qafqazda ortaya qoyulmayıb. Amerikanın vasitəçilikdəki əvvəlki səyləri Trampın bu dəfə uğur əldə edə biləcəyinə nikbin baxmağa əsas vermir. 1997-ci ildə ABŞ münaqişəni həll etməyə çalışan Minsk Qrupunun (ATƏT) həmsədri oldu. Bu, Amerika gücünün və nüfuzunun çiçəkləndiyi dövrdə olsa da, prezident Bill Klintonun şəxsi müdaxiləsi də daxil olmaqla, bu səylər heç bir nəticə vermədi.

Üstəlik, ABŞ-ın daha aqressiv iştirakı məsələyə güman ki, kömək edə bilməyəcək. Tramp əhəmiyyətli bir geosiyasi razılaşma imzalamaq üçün labüd olan diqqəti göstərmədi və onun administrasiyası böyük ehtimalla münaqişəni həll etmək əvəzinə çətinləşdirəcək", - deyə agentlik yazıb.