Bakıda mağazadan 4 min manat dəyərində oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 4040 manat dəyərində masaüstü dəstlər və suvenir oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Osmanov saxlanılıb.