Regionda güc Azərbaycanın xeyrinə dəyişir
13:16 25-12-2012
İQTİSADİYYAT
Regionda güc Azərbaycanın xeyrinə dəyişir
"Türkiyədə "Patriot" raketlərinin yerləşdirilməsi sırf müdafiə məqsədi daşıyır"
NATO Türkiyədə "Patriot" raketlərinin yerləşdirilməsi ilə bağlı bəyanatla çıxış edib. Türkiyənin hava hücumundan müdafiə qabiliyyətinin artırılmasına üç ölkə - Almaniya, Hollandiya və ABŞ razılıq verib. Alyans komandanlığının Türkiyə ilə birlikdə qəbul etdiyi qərara əsasən, bu ölkələrin hər biri Türkiyəyə iki "Patriot" batareyası təqdim edəcək. Almaniya bu sistemləri Qəhrəmanmaraşda, Hollandiya Adanada, ABŞ isə Qaziantepdə yerləşdirəcək.
"Raket komplekslərinin yerləşdirilməsi yaxın həftələr ərzində gerçəkləşəcək və bu, sırf müdafiə xarakteri daşıyacaq. Məqsəd Türkiyəyə qarşı istənilən təhdidin qarşısının alınması, ölkə əhalisinin və ərazisinin müdafiəsi, NATO ölkələrindən birinin cənub-şərq sərhədlərində böhranın eskalasiyasına yol verməməkdir".
Bunu da qeyd edək ki, Türkiyədə "Patriot" raketlərinin yerləşdirilməsi ilk növbədə Rusiya və İranı ciddi narahat etdi və hər iki ölkə bəyanatla çıxış edərək buna etirazlarını bildirdilər. Maraqlıdır, bu raketlərin Türkiyədə yerləşdirilməsi region üçün nə deməkdir? Ekspertlər bildirir ki, "Patriot" raketlərinin Türkiyədə yerləşdirilməsi və Qəbələ RLS-in Azərbaycanda ləğvi fərqli bir mühit yaratdı. Başqa cür desək Rusiya regionda nə qədər sıxışdırılırsa, türkiyə o qədər regiona yaxınlaşır. Ekspertlər bildirir ki, bu raketlərin önəmliliyi ən çox İranla bağlıdır. Belə ki, Suriya problemi artıq çözülmək üzrədir və növbə İrana çatır. İran isə sözsüz ki, rahatlıqla olayları qəbul etməyəcək və region dövlətləri, o cümlədən Azərbaycan üçün problemlər yaradacaq. Qeyd edək ki, İran rəsmiləri də dəfələrlə bildirmişdi ki, İrana hərbi müdaxilə olarsa İran ilk növbədə Azərbaycanın neft yataqlarına, o cümlədən Bakı-Ceyhan neft kəmərinə zərbələr vuracaq. Amma bu gün Türkiyədə "Patriot" raketlərinin yerləşdirilməsi həm də Azərbaycanın təhlükəsizliyi üçün mühüm rol oynayacaq. Ekspertlər bildirir ki, onsuzda son bir neçə il ərzində Türkiyə hava hucumundan müdafiə sistemini elə formalaşdırır ki, bu Azərbaycanında maraqlarına cavab verir. Ekspertlər hesab edir ki, Türkiyə qarşıdan gələn il də hərbiləşməni genişləndirəcək və bunun üçün ciddi ehtiyaclarda var. Bunu da xatırladaq ki, Türkiyə-İsrail münasibətlərində yeni dönəm başlayıb. Türkiyə NATO-nun İsraillə hərbi əlaqələri genişləndirməsinə qoyduğu vetonu geri götürüb.
Xatırladaq ki, Türkiyə 2010-cu ilin mayında Mavi Mərmərə olayından sonra NATO-nun İsraillə hərbi əməkdaşlığına veto qoyub. İsrail diplomatlarından biri "Jerusalem Post" qəzetinə bildirib ki, Türkiyə son anda vetonu qaldırıb və bu, NATO-nun Türkiyədə "Patriot" sistemlərinin yerləşdirilməsinə razılıq verməsindən sonra mümkün olub. Bundan sonra İsrail NATO-nun təlim və seminarlarında iştirak edə biləcək. İsrail NATO-nun 2013-cü ildə Türkiyə ərazisində keçiriləcək təlimlərində də iştirak edəcək.
Amma məsələnin başqa tərəfi Rusiyanın narahatçılığıdır. Müşahidəçilər bildirir ki, bu gün regionda əsasən Azərbaycan və Gürcüstan Türkiyənin timsalında NATO-ya daha çox meyillənməyə başlayıb. Bununla paralel olaraq Rusiya artıq bu ölkələrdə heç bir hərbi bazaya qadir deyil. Elə buna görə də ordu birləşmələrini gözlənilmədən Azərbaycan və Gürcüstanla sərhəd bölgələrə yerləşdirdi. Amma ekspertlər bildirir ki, bunun heç bir önəmi olmayacaq. Çünki Türkiyə regionla bağlı daha ağıllı siyasət yürüdür və yaxın bir neçə il ərzində Gürcüstan NATO-ya üzv olarsa vəziyyət tamamı ilə dəyişəcək. Bu gün Türkiyənin atdığı addımlarda məhz buna bir işarədir. Amma Rusiyanın məsələlərə etirazı artıq təsirsizdir. Məsələn, bir neçə il öncə NATO və ABŞ şərqi avropada hava hucumundan müdafiə sistemi qurmaq istəyəndə Rusiya ciddi etiraz etdi və əməlli-başlı problemlər yaratdı. Bu gün isə NATO Rusiyanın nə deyəcəyinə belə önəm vermədən Türkiyədə "Patriot" raketlərini yerləşdirdi. Ekspertlər bildirir ki, artıq Türkiyədə keçmiş Türkiyə deyil və kifayət qədər gücü var. Hətta bu güclə Rusiya iqtisadiyyatına ciddi investisiyada yerləşdirib. Məhz bu amilə görə də Rusiya Türkiyəyə ciddi təpki göstərə bilmir. Hətta Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfərdə olan zamanda Türkiyəni razı sala bilməmişdi.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00