İsveç, Norveç, Danimarka və Estoniya KİV-lərinin birgə araşdırmasına görə, peyk görüntüləri Rusiyanın Norveç, Finlandiya və Baltik ölkələri ilə sərhədlərə yaxın ərazilərdə hərbi mövcudluğunu sürətlə genişləndirdiyini göstərir.
"Unikal" xəbər verir ki, məlumata əsasən, hazırda bölgədə yerləşdirilmiş təxminən 20 min nəfərlik kontingentin gələcəkdə 80 minə, hətta 115 min hərbçiyə qədər artırılması nəzərdə tutulur.
İsveçin Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (MUST) rəhbəri Thomas Nilsson bildirib ki, bu vəziyyət ciddi qiymətləndirilməlidir:
"Bu, ciddi yanaşmalı olduğumuz bir təhdiddir. Hesab etmirik ki, görülən işlər yalnız güc nümayişi məqsədi daşıyır. Söhbət gələcəkdə NATO ilə mümkün genişmiqyaslı qarşıdurma üçün potensialın hazırlanmasından gedir."











.jpg)




























.jpg)




.jpg)











