"Əgər ermənilər düşünürlərsə ki, Azərbaycan xalqının əzmini qıracaqlar, yanılırlar.Biz bundan sonra Tərtərə gedirik atırlar atsınlar."
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O, bildirib ki, ermənilər Azərbaycan xalqının əzmini qıra bilməyəcəklər:
"Bərdə şəhərinin mərkəzindəyik burada heç bir hərbi məntəqə yoxdur. Onların gücü ancaq mülki insanlara çatır. Onlar da bu məqsədlə kasetli bombalardan istifadə edirlər. Məqsədləri insanlar arasında qətlə səbəb olmaqdır. Bu Azərbaycan xalqını qorxutmur, xalqımız daha da möhkəmdir. Gördüyünüz kimi Ali Baş Komandanın əmri əsasında biz də burdayıq, xalqımızla birlikdəyik. Bərdə şəhərinin əzmini görürüsünüz."