Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 90 mülki şəxs qətlə yetirilib, 392 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 423, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 406-dır.