“Anadolu” agentliyi işğalçı Ermənistanın ötən gün Bərdədə törətdiyi qətliamın qurbanlarından biri olan Fazil Hacıyevin dəfn mərasimini işıqlandırıb.
Unikal.org xəbər verir ki, Türkiyə mətbu orqanı qeyd edib ki, terror aktı nəticəsində dünyasını dəyişənlər arasında xanımı ilə həkimdən çıxaraq aptekə dərman almağa gedən 51 yaşlı Fazil Hacıyev də olub.
Hacıyev Bərdənin Niftçi kəndində dəfn edilib.
“Qardaşım 1993-cü ildə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Savaş meydanında ölmədi, amma aptekdən dərman alarkən vuruldu. Bir oğlu indi cəbhədədir və onun atasının vəfatından xəbəri yoxdur. Sadəcə atasının yaralı olduğunu bilir”,- deyə F. Hacıyevin qardaşı bildirib.