Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Belarus xalqının münasibətlərinin xüsusi olması və ümumiliyindən danışıb.

Unikal.org xəəbr verir ki, bu barədə “BelTa” məlumat yayıb.

A.Lukaşenko Rusiyaya Belarusa kiçik qardaşı kimi yanaşmaq çağırışı ilə çıxış edib. Onun sözlərinə görə, Minsk Moskvadan üz çevirmək niyyətində deyil.

“Biz danılmaz bir faktı bildirdik ki, bu gün bizim, Rusiya və Belarusun, Putin və Lukaşenkonun – biri-birimizdən başqa dostumuz yoxdur”, - deyə A.Lukaşenko qeyd edib.