Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabırn 15-də rayon ərazisindəki evlərin birindən 1200 ABŞ dolları, 1000 manat dəyərində kompyuter, məişət əşyaları və eynək oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Ə.Hüseynov saxlanılıb.

Araşdırma aparılır.