Bakı sakini bıçaqla hədələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabırn 5-də rayon ərazisində Bakı şəhər sakini E.Məmmədovu bıçaqla hədələyərək 7400 manat pulunu və 2 ədəd mobil telefonunu almaqda şübhəli bilinən Füzuli rayon sakini S.Quliyev saxlanılıb.
Quldurluğu törətməkdə şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.