Sabirabad rayonu ərazisində ev quşları oğurlayan şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki həyətlərin birindən 3000 manat dəyərində 100 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Z.Əlizadə saxlanılıb.