Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Formula 1" yarışının keçirilməsi üçün nəzərdə tutulan “Pit stop” binasının sökülməsinə aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, şirkətdən bildirilib ki, binanın sökülməsi ilə bağlı dövlət qurumları tərəfindən müvafiq tapşırıq verilib.
Qeyd olunub ki, “Pit stop”un sökülməsi növbəti il üçün "Formula 1" yarışının Bakıda keçirilməsinə təsir göstərməyəcək.
İlkin təqvimə əsasən, Azərbaycan Qran-Prisinin gələn il iyunun 6-da keçirilməsi planlaşdırılır.