Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Skillinq Open” turnirində iştirak edəcək.
Unikal.org-un məlumatına görə, noyabrın 22-də start götürəcək onlayn turnirin 16 iştirakçısından 11-i dəqiqləşib.
Teymurun rəqibləri arasında Din Liren (Çin), Levon Aronyan (Ermənistan), David Anton (İspaniya), Sergey Karyakin (Rusiya), Liem Quang Li (Vyetnam), Uesli So (ABŞ), Aniş Giri (Niderland), Yan-Kriştof Duda (Polşa), Vidit Quyrati (Hindistan) və Maksim Vaşye-Laqrav (Fransa) yer alıb. Bu turnir “Champions Chess Tour” çərçivəsində təşkil olunacaq.