İtaliyanın “Milan” klubunun köməkçi məşqçisi Cakomo Murelli virusa yoluxub.
Unikal.org xəbər verir ki, baş məşqçi Stefano Piolidən sonra Murellidən götürülən testin nəticəsi də pozitiv çıxıb. Hər iki mütəxəssis evdə təcrid vəziyyətində müalicə olunur.
A seriyasında noyabrın 22-də səfərdə “Napoli”yə qarşı matça hazırlaşan “Milan faktiki olaraq məşqçisiz qalıb və növbəti görüşə kollektivi kimin meydana çıxaracağı bəlli deyil.