Azərbaycan güləş ictimaiyyəti ağır itki ilə üzləşib.
Unikal.org-un məlumatına görə, yeniyetmə və gənc qızlardan ibarət millimizin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib.
Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi olan, xüsusən qadın güləşinin inkişafında böyük pay sahibi olan Hüseynov uzun illərdir qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərirdi.
Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər və idmançı heyəti mərhumun yaxınlarına və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.