“İctimai Palatanı İsa Qəmbər dağıdır”
13:19 28-12-2012
CƏMİYYƏT
“İctimai Palatanı İsa Qəmbər dağıdır”
Siyavuş Novruzov: “Gülər Əhmədova ilə bağlı baş verənləri YAP-a zərbə hesab etmirəm”
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun
İctimai Palata haqqında maraqlı açıqlama verib. O, hesab edir ki, əslində bu qurum qanuna əsaslanmır. Həmçinin formatın özü qeyri-müəyyən şəkildədir. Yəni hansısa qurumda üzvlük ya fərdi, ya da təşkilat şəkilində olur. İctimai Palatada isə bu məsələ çox qarmaqarışıq şəkil alıb. Burada əsas inhisarçılıq bir neçə partiyanın əlində cəmlənib. Digər partiyalar isə ya oradan uzaqlaşıb, ya da inhisarçı partiyaların iradəsinə tabe olmaq məcburiyyətində qalıb. Bu gün İctimai Palatada qalan adamlar, sadəcə, vaxt keçirməklə məşğul olurlar. Bir il əvvəl İctimai Palata haqda söylədiklərimi bu qurumun təsisçiləri indi təsdiq edirlər. Əslində bu təşkilatın yaradılmasında məqsəd başqa idi. İctimai Palata yaradılandan sonra bur quruma digər partiyaların gəlməsinə imkan vermədilər. Elə bu faktın özü İctimai Palatanın bir neçə şəxsin əlində oyuncaq olmasının göstəricisidir. Digər tərəfdən, bu qurumun zəifləməsində və dağılmasında səbəbkar Müsavat Partiyası və bu qurumun başqanı İsa Qəmbərdir. Həqiqəti demək lazımdır ki, İsa Qəmbər Müsavat Partiyası tərəfindən qəbul olunmur. Məhz ona görə də qurultayın keçirilməsi bu qədər gecikdirilir. Hətta qurultayın Gürcüstan və Türkiyədə keçirilməsinə dair mətbuatda xəbərlər yayaraq, ictimai fikir formalaşdırılır. Amma əslində Müsavat Partiyasının daxilində ciddi narazılıq var. Bu narazılar da partiya daxilində islahatların aparılmamasına etiraz edirlər. Mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün İsa Qəmbər belə hesab edirdi ki, İctimai Palatanı yaradaraq, bu qurumun sədri olacaq. Bundan sonra isə Müsavat Partiyasının qurultayını keçirərək, bura formal bir sədr təyin edəcək. Ancaq bu gün Müsavat Partiyasının daxilində qurultayın keçirilməsini səbirsizliklə gözləyənlər, partiyanın sədri olmağa ciddi şəkildə iddialı insanlar var. Elə götürək Arif Hacılı və digərlərini. Lakin İctimai Palatada buna imkan verilmədi və çıxış yolu kimi qurumun daxilində Koordinasiya Şurası yaradıldı. Bundan sonra tədricən İctimai Palatanı dağıtmağa başladılar. Ən kəskin nöqtə isə seçkilərdə iştirakla bağlı meydana çıxdı. Vahid namizədin müəyyənləşməsinə dair müzakirələr İctimai Palatanı faktiki olaraq dağıdıb. Çünki İctimai Palata nə Müsavat başqanının, nə də AXCP sədrinin namizədliyini dəstəkləmir. Belə olan təqdirdə də İctimai Palatanın dağılmasına şərait yaradacaqlar və bunu tezləşdirəcəklər. AXCP və Müsavat Partiyası rəsmi olaraq rəhbərlərinin prezidentliyə namizədliyi ilə bağlı heç bir qərar verməyib. Yalnız İsa Qəmbər özünün namizədliyi haqda açıqlama verib və istəyini açıqlayıb. Partiyanın özündə isə belə bir niyyət yoxdur. Dəfələrlə uduzub, yenidən namizəd olmaq həm sosial bazanın itkisinə səbəb olur, həm də cəmiyyət tərəfindən dəstək qazanılmır.Deputat hesab edir ki, bu seçkidə müxalifəti təmsil edən 4-5 namizəd olacaq. Əlbəttə, əminəm ki, partiyamızın sədri İlham Əliyev bu seçkidə də qələbə qazanacaq. Müxalifət üçün isə seçkidə iştirak etmək, müəyyən dairələr tərəfindən ayrılan vəsaiti əldə etməkdən ibarətdir.O, AXCP və Müsavat Partiyası arasında hazırda yaranmış vəziyyətə də maraqlı şərh verib:-“ Qəti olaraq bu partiyalar heç zaman müttəfiq olmayıblar. Bu, gözdən pərdə asmaq üçündür. AXCP ilə Müsavat Partiyası arasındakı gizli qarşıdurmanın tarixi kökləri var. 1992-ci ildə Müsavat Partiyası AXC-nin tərkibindən çıxaraq hakimiyyəti zəiflətdi. Etibar Məmmədovun da AXC-dən getməsində və Milli İstiqlal Partiyasını yaratmasında İsa Qəmbərin rolu az olmayıb. Bunu siyasi proseslərdə olanlar bilir. Bunlar arasındakı düşmənçilik həddinə çıxan münaqişə həmin illərdən başlayıb. Heç bir seçkidə, hər dəfə razılığa gəlinməsinə baxmayaraq, birlikdə kampaniya aparmayıblar. Hətta 1998-ci ildə keçirilən prezident seçkilərində rəhmətlik Əbülfəz Elçibəy sağ idi və təklif etdi ki, vahid namizəd kimi müxalifət onu dəstəkləsin. İsa Qəmbər buna qarşı çıxdı və dedi ki, siz də namizədliyinizi verin, mən də. Hamımız öz gücümüzü sınayaq. Elçibəy dəfələrlə müraciət etdi ki, onun son şansıdır və buna imkan yaradın. Baxmayaraq ki, Etibar Məmmədov, Lalə Şövkət buna razılıq vermişdi, amma İsa Qəmbər etiraz etdi. O cümlədən 2000-ci ilin parlament seçkisində də İsa Qəmbər Əbülfəz Elçibəyə qarşı haqsızlıq etdi. Doğrudur, seçkilərə bir neçə ay qalmış Elçibəy artıq vəfat etdi. Ondan sonrakı dövrlərdə də AXCP ilə heç bir birlikdə sona qədər mübarizə aparmayıblar. Bütün bunlar hamının gözü qarşısında baş verib. Qısaca, İsa Qəmbərin Əli Kərimlini həzm etməmək problemi var. Baxmayaraq ki, hərdən bir yerdə mitinqə gedirlər, bir otururlar. Əsas problemlərdən biri də bundadır. Hər biri də digərini iqtidara işləməkdə ittiham edir. İnanın ki, burada iqtidarın heç bir rolu yoxdur”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00