Narkotiklə saxlanılan şəxsin evindən odlu silah tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 200 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron da götürülüb.