“Suriyadan Liviyaya, Aralıq dənizindən Dağlıq Qarabağ qədər apardığımız haqq, azadlıq və ədalət mübarizəmizin əhəmiyyəti ortadadır”.
Unikal.org-un xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.
“Biz sadəcə milli təhlükəsizliyimizi təmin etməyə çalışırıq”, - deyə Ərdoğan vurğulayıb.