Noyabrın 29-da OPEK+ monitorinq komitəsi nazirlərinin keçirdiyi qeyri-formal məsləhətləşmələr konsensus əldə olunmadan yekunlaşıb.
Unikal.org xəbər verir ki, bu barədə TASS agentliyinə təşkilatdakı mənbə məlumat verib.
Bildirilib ki, tərəflər 2021-ci ilin ilk ayları üçün alyans ölkələrinə neft hasilatının hansı səviyyədə tövsiyə ediləcəyi barədə razılığa gələ bilməyiblər.