Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) və quruma üzv olmayan bir sıra neft ixracatçısı olan ölkələr toplantı keçirəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "OPEK plyus" formatı çərçivəsində baş tutacaq toplantı 3 dekabrda keçiriləcək.

Toplantıda əsas gündəm mövzularının dünya bazarındakı ümumi vəziyyət, birjalarda neftin qiyməti və hasilat həcmi olacağı gözlənilir.