Bakının Səbail rayonunda, Mikayıl Hüseynov küçəsindən Azneft dairəsinə doğru avtobusların sərbəst hərəkəti üçün ayrıcı zolaq yaradılıb.
Unikal.org xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, bu zolaq üzrə müvafiq yol nişanları və işarələr qoyulub ki, ictimai nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin edilsin: "Paytaxt ərazisində bir neçə yerdə bu kimi avtobus zolaqlarının olması ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin mənzil başına vaxtında çatmasını təmin edir. Bu zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi inzibati xəta tərkibi yaradır. Eyni zamanda bu zolaqlardan hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələri də zərurət yarandıqda istifadə edə bilər. Ərazidə xidmət aparan yol polisi əməkdaşı nizamlayıcı qismində olduğu zaman onun verdiyi göstərişlər düzgün dəqiq yerinə yetirilməlidir”.