Kəlbəcər və Laçına komendantlar təyin edilib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Laçın Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əliyev Laçına, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov Kəlbəcərə komendant təyin edilib.
Hər iki şöbə artıq müavfiq olaraq öz rayonlarına köçürülüb.