Bakıda ofisdə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-nə keçən gecə rayon ərazisindəki ofislərin birindən 6 450 manat dəyərində kompyüter, 3 ədəd mobil telefon və 5 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev saxlanılıb.