Rusiyada son sutka ərzində daha 27 747 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 159 297 nəfərə çatıb.

Son sutka ərzində 593 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 57 019 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.