Türkiyədə 8 terrorçu saxlanılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, həbs edilənlərin İŞİD terror təşkilatı ilə əlaqələri olub. Sakarya şəhərində eyni vaxtda bir neçə ünvana gerçəkləşdirilmiş basqın nəticəsində 8 nəfər saxlanılıb.

Həbs edilənlər İraq və Suriya vətəndaşlarıdır. Onların xeyli cinayət əməlləri üzə çıxıb. Müxtəlif terror əməliyyatlarında aktiv iştirak ediblər. Araşdırmalar davam etdirilir.