Türkiyənin daxili işlər naziri Süleyman Soylu Qarabağ zəfərindən danışıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, xalqı Yeni il münasibətilə təbrik edərkən nazir 2020-ci ildə baş verən mənfi hadisələrlə yanaşı, belə böyük uğurun və qələbənin də bu il baş verdiyini xatırladıb.
"2020-ci ildə şəhərlərdə koronavirusla, dağlarda isə PKK virusu ilə mücadilə etdik. Bir də stəkana dolu tərəfdən baxmalıyıq. Qarabağ zəfəri, Türkiyəmizin Aralıq dənizindəki uğurlar da oldu. İnsan olduğu yerdə ümid də var", - deyə Soylu əlavə edib.