“Haber Global” telekanalının müxbiri Osman Girgin Şuşadan reportaj hazırlayıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, O. Girgin erməni işğalından azad edilmiş Şuşaya daxil olan ilk türk jurnalist kimi tarixə düşüb.
Bildirək ki, müxbir erməni işğalçıları tərəfindən dağıdılmış əraziləri həm göz yaşı, həm də qürur hissi ilə tamaşaçılara çatdırıb.