İŞİD terror təşkilatı Suriyadakı terror aktının məsuliyyətini öz üzərinə götürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, terror təşkilatı cinayəti törətdiyini boynuna alıb. Suriyada avtobusa yerləşdirilmiş bombanın Palmira şəhərinə gedərkən partladılması zamanı 40 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, rəsmi mənbələr 28 nəfərin həyatını itirdiyini və 13 nəfərin xəsarət aldığını demişdi.