Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 239 nəfər dünyasını dəyişib.
Unikal.org-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 20 881 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 14 380 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 208 652 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 22 021 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 100 650 nəfər təşkil edir.