Gürcüstanda son sutkada koronavirusa yeni yoluxma halı təsdiqlənib, 3 265 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 228 410 təşkil edir. Onların 214 992-si sağalıb, 2 528-i isə vəfat edib.
Karantin zonalarında 415, stasionar nəzarətdə 4 664 nəfər var. Xəstəliyi yüngül formada keçirən 858 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.