Son sutka ərzində dünyada 470 min 46 nəfər  yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Unikal.org xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının bu gün açıqladığı hesabatda əksini tapıb.

Bununla da dünyada  COVİD-19-a yoluxanların sayı 81 milyon 947 min 503 nəfərə çatıb.

Son 24 saatda daha 9 min 921 insan koronavirusdan həyatını itirib və bununla da dünyada bu virus səbəbindən ölənlərin sayı 1 milyon 808 min 41 nəfər olub.