Gürcüstan əhalisinin 67 faizinin banklara kredit borcu var. Bu, Gürcüstan üçün ən yüksək göstəricidir.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetadze bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə qaytarılması mümkünsüz görünən kreditlərin sayı 4,4-dən 8 faizədək artıb və yaxın vaxtlarda bu artımın 10-11 faizə çatacağı gözlənilir.
2020-ci il dekabrın 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin götürdüyü 1,3 milyard lari istehlak kreditləri üzrə banklara 4,6 milyard həcmində borc yaranıb.