İsraildə COVİD-19 peyvəndi tətbiq edilən vətəndaşların sayı 1 milyona çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahu KİV-ə açıqlamasında bildirib. O qeyd edib ki, 9,3 milyon insanın yaşadığı ölkənin 10 faizindən çoxuna vaksin vurulub.

Qeyd edək ki, ölkədə peyvəndin tətbiqinə 20 dekabr tarixində start verilib. İlk peyvənd Baş nazir B.Netanyahuya vurulub.