Nyu-Yorkun mərkəzindəki mənzillərdən birində BMT diplomatının meyiti tapılıb.
Unikal.org xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazıb.
Polis 38 yaşlı qadının intihar etdiyi qənaətindədir.
Onun hansı dövlətin daimi missiyasında çalışdığı, vətəndaşlığı barədə açıqlama verməyib. Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib.