Somalidə Türkiyəyə məxsus inşaat işçilərinə qarşı terror aktı törədilib.

Unikal.org Türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqladığı məlumatda bildirilir. Qeyd olunur ki, hücum Türkiyə hərbi bazasının 15 kilometrliyində baş verib.

Türkiyəyə məxsus şirkətin əməkdaşlarının çalışdığı əraziyə partlayıcı quraşdırılmış motosiklet hücum edib. Biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, 4 Türkiyə vətəndaşı isə yaralanıb.

Somali mətbuatının yaydığı məlumata görə, hadisəni Əl-Qaidə ilə əlaqəli terror təşkilatı Əl-Şəbab öz üzərinə götürüb.