Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 202 nəfər ölüb.
Unikal.org xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 11 180 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 11 672, ağır xəstə sayı isə 3 764 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən xəstələrlə yanaşı, 2 232 035 nəfərdə yoluxma qeydə alınıb, onlardan 2 126 432 nəfər sağalıb, 21 295 nəfər isə ölüb.