Cümə günü gecə Aralıq dənizinin Liviya ilə İtaliya arasındakı hissəsində 160 miqrant xilas edilib.
Unikal.org xəbər verir ki, Şimali Afrikadan gələn köçkünlərlə dolu taxta qayığın sərnişinləri İtalyan dənizçilərinin tərəfindən xilas edilib. Miqrantlar arasında çox sayda uşaq və qadın var.
Miqrantların fotoları “Open Arms” humanitar təşkilatının “Twitter”dəki mikrobloqunda yerləşdirilib.