Kanadanın Alberta vilayətində “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Unikal.org “CTV” kanalına istinadən xəbər verir ki, helikopter Qrand-Preri şəhərindən təxminən 100 km şimal-şərqdə əkin sahəsinə düşüb.

Qəza nəticəsində helikopterdə olanların hamısı hadisə yerində keçinib. Qəzanın səbəbləri müəyyənləşdirilir.