Bütün dünyada Yeni il bayramı ərəfəsində “WhatsApp” istifadəçiləri mobil əlavə vasitəsilə etdikləri zənglərin sayına görə tarixi rekorda imza atıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  mobil əlavə istifadəçiləri 1,4 milyarddan çox video və səsli zəng ediblər.

Analitiklər bildiriblər ki, “WhatsApp” zənglərinin populyarlığı koronavirus pandemiyası ilə əlaqədardır – sosial distansiyaya baxmayaraq, insanlar bir-biriləri ilə əlaqədə qalmalıdırlar.