Rusiyanın paytaxtı Moskva şəhərində silahlı insident baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qolyanovo rayonunun Uralskaya küçəsində qeydə alınıb.

Atışma ilə əlaqədar əraziyə gələn polis əməkdaşları 35 nəfəri saxlayaraq bölməyə aparıblar. İnsidentin təfərrüatları məlum deyil. Araşdırma aparılır.