İsrail Baş Naziri Benyamin Netanyahunun Qüdsdəki iqamətgahının qarşısında etiraz aksiyası keçirilib. 

Unikal.org xəbər verir ki, Netanyahunun istefasını istəyən nümayişçilər, iqamətgaha daxil olmağa çalışıblar. Bu zaman İsrail polisi ilə etirazçılar arasında qarşıdurma yaranıb. Polis etirazçıları ərazidən uzaqlaşdırıb.  8 etirazçı isə polis tərəfindən xüsusi nəzarətə götürülüb.