Yaponiyada fövqəladə vəziyyətin elan edilməsi gözlənilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Suqa Yoşihido məlumat verib. Onun sözlərinə görə, koronavirusla mübarizə tədbirləri çərçivəsində fövqəladə vəziyyətin elan olunması qaçılmaz görünür.
İlkin mərhələdə ən kritik yayılma arealı olan 3 əyalətdə fövqəladə vəziyyətin tətbiq olunması planlaşdırılır. Effektiv nəticələr əldə olunarsa, bütün ölkə miqyasında da koronavirusun yayılmasını önləmək üçün fövqəladə vəziyyətin tətbiq olunması istisna edilmir.