Serbiya Rusiya istehsalı olan vaksinlərdən istifadə edəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə paytaxt Belqradda jurnalistlərin suallarını cavablandıran Serbiya səhiyyə naziri Mirsad Cerlek məlumat verib.

Onun sözlərinə görə, Serbiya koronavirus əleyhinə vaksinasiya prosesində Rusiya istehsalı olan "Sputnik V" vaksinlərindən istifadə edəcək. Artıq vaksinlərin tədarükü məsələləri həll edilib. İlkin mərhələdə 720 min insanın vaksinasiya prosesinə cəlb olunacağı bildirilir. Növbəti mərhələlərdə bütün ölkə əhalisinin vaksin olunmağa təşviq edilməsi nəzərdə tutulur.