"Telegram" şəbəkəsinin fəaliyyətində nasazlıq yaranıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə istifadəçilər bildirib.
Rusiya, Ukrayna və Belarus da daxil olmaqla bir sıra ölkələrdən olan "Telegram" istifadəçiləri populyar internet mənbələrindəki fasilələri və kəsintiləri izləyən "Downdetector" saytındakı məlumatlardan sonra mesajlaşmanın nasaz olduğunu bildiriblər. Portalın yazdığına görə, "Telegram" işində fasilələr yaranıb. Şikayətlərin əksəriyyəti mesajlaşma (81%) və mesaj göndərmədə problemlərlə (18%) bağlıdır.